İtaliyanın istehlakçı hüquqları təşkilatı "Codacons" Estoniyanın təmsilçisi Tommi Keşin "Espresso Macchiato" adlı mahnısının"Avroviziya 2025"də qadağan edilməsini tələb edib.
“İki sahil” xəbər verir ki, ingilis və italyan dillərinin qarışığından ibarət olan mətn, həzzlərlə dolu bir həyatı təsvir edir. Hekayə “həftədə yeddi gün işləyən” və qəhvəni çox sevən zəngin bir adamdan bəhs edir. Mahnıda deyilir ki, o, "mafioz kimi tərləyir" və "həyat spagetti kimidir: onu bişirənə qədər sərtdir".
"Codacons" nümayəndələri hesab edirlər ki, estoniyalı ifaçının bəstəsi çoxlarını narahat edir. Bununla əlaqədar olaraq təşkilat müsabiqə təşkilatçılarından sözügedən mahnını müsabiqədə qadağan etməyi xahiş edib.
Xatırladaq ki, "Avroviziya 2025" yarışmasında ölkəmizi "Mamagama" qrupu təmsil edəcək. İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub