Küveyt Dövlətinin Milli Günü və Əl-Küveyt şəhərinin 2025-ci il üçün Ərəb Dünyasının Mədəniyyət və Media paytaxtı seçilməsi münasibətilə “Küveytdən xalqların hekayələrini kəşf edirik” adlı tədbir keçirilib.
“İki sahil” Azərbaycanın Küveytdəki səfirliyinə istinadla xəbər verir ki, tədbir Küveyt Dövlətinin informasiya naziri Əbdürrəhman əl-Muteyrinin himayəsi və diplomatik korpusun duayeni, Tacikistan Respublikasının Küveyt Dövlətindəki səfiri Zubaydullo Zubaydzodanin və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) rəhbəri Ameera əl-Həsənin təşkilatçılığı baş tutub.
Tədbirdə 60-dan çox ölkənin Küveytdə akkreditə olunmuş səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının səfirliyi öz pavilyonu ilə mədəni tədbirdə təmsil olunub.
Küveyt informasiya nazirinin müavini Nasir Muheysin tədbirin açılış mərasimində iştirak edib və ölkələrin pavilyonları ilə tanış olub.
Mədəniyyətlərarası dialoqu, mədəni mübadiləni, dünya mədəniyyətlərinin zənginliyini və insanlararası əlaqələrin yaradılmasını təşviq edən bu tədbir çərçivəsində xalqların adət-ənənələrini, mətbəxini, milli geyimlərini, sənətkarlığını, musiqisini, mədəni irsini, turizm potensialını əks etdirən sərgi təşkil olunub və mədəni proqramlar təqdim edilib.
Sərgini diplomatik korpusun nümayəndələri ilə yanaşı, Küveyt ictimaiyyətinin nümayəndələri də ziyarət ediblər.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub