24 fevral 2025 10:45
84

Türkiyədə Bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

Türkiyənin Daxili İşlər Nazirliyi Qarsın Kağızman Rayonunun Bələdiyyə sədri Mehmet Alkanı vəzifəsindən uzaqlaşdırılıb, Kağızman rayon valisi Okan Daştan isə bələdiyyə sədrinin müavini təyin edilib.

İki sahil” xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında məlumat verilib.

"Qars vilayətinin Kağızman Rayon Bələdiyyə sədri Mehmet Alkan Qars 2-ci Ağır Cəza Məhkəməsinin 2020/44 saylı faylı çərçivəsində "silahlı terror təşkilatına üzv olmaq" cinayətinə görə 6 il 3 ay həbs cəzasına məhkum edilib. Bu səbəbdən Mehmet Alkan Konstitusiyanın 127-ci və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə uyğun olaraq Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb", - nazirliyin açıqlamasında qeyd edilib.

Açıqlamada, eyni qanunun 45-ci və 46-cı maddələrinə uyğun olaraq Kağızman rayon valisi Okan Daştanın Kağızman bələdiyyə sədrinin müavini təyin edildiyi bildirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”