Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirilib.
Məlumata əsasən, nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.
"BDYPİ yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görməyə davam edəcək. Sürücülərə və piyadalara bir daha diqqətli olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edirik", məlumatda deyilir.