24 fevral 2025 13:32
98

Ukrayna ilə bağlı danışıqları təşkil etməyə hazırıq - Hakan Fidan

Türkiyə öz ərazisində Ukrayna ilə bağlı sülh danışıqlarını təşkil etməyə hazırdır.

“İki sahil” Türkiyə KİV-ə istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Hakan Fidan Ankarada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekununa dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sülh yolu ilə nizamlanma münaqişənin hər iki tərəfinin - Rusiya və Ukraynanın iştirakı ilə həyata keçirirlməlidir.

"Biz hər cür dəstək göstərməyə, sülh danışıqlarını qəbul etməyə hazırıq. Sülh nizamlanmasına təcili ehtiyac var", - H.Fidan qeyd edib.