24 fevral 2025 15:59
89

Zelenski Türkiyədən sığınacaq istəyə bilər - Türkiyə mediası

Ukraynada çevriliş təhlükəsi səbəbindən Vladimir Zelenski tezliklə Türkiyədən sığınacaq ala bilər.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Türkiyənin “Axşam” qəzetinin köşə yazarı Eray Gülçülər deyib.

Onun sözlərinə görə, Zelenski Ukraynanın ərazi bütövlüyündə israr etməyə davam edərsə, hər an çevrilişlə üzləşə bilər.

“Yaxın vaxtlarda Zelenski Türkiyədən sığınacaq istəsə, təəccüblənmərəm. Çünki ABŞ-da həmişə belədir. İstifadə edib atırlar” - deyə, o qeyd edib.

Daha əvvəl bildirilmişdi ki, Ukrayna Ali Radası Avropa komissarlarının iştirakı ilə Zelenskiyə dəstəyi təsdiq etməli olan səsvermə keçirə bilməyib.