“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirib.
“İki sahil” xəbər verir ki, Bakı Fotoqrafiya Evində keçirilən tədbirdə əvvəlcə İkinci Qarabağ müharibəsi şəhidlərinin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DTMQİ-nin İdarə Heyətinin sədri Rüfət Mahmud, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Sosial Xidmətlər Agentliyinin sədrinin müşaviri Məftunə İsmayılova, fotoqraf Reza Deqati, “İçərişəhər” Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov çıxış edərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalıda mülki əhaliyə qarşı törədilən soyqırımın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir cinayət olduğunu vurğulayıblar.
Həmçinin Xocalı qurbanlarının qanlarının yerdə qalmadığı və Xocalının yenidən dirçəldiləcəyi qeyd edilib.
Tədbirin bədii hissəsində şəhidlərə həsr edilən elegiya dinlənilib, eşitmə və nitq məhdudiyyəti olan gənclər jest dilində “O qanlı gecə” şeir səsləndirib. Daha sonra iştirakçılar “Xocalı-Yaralı ruhlar” sərgisi ilə tanış olublar.
Sərgi fevralın 28-dək ziyarətçilər üçün açıq olacaq, giriş sərbəstdir.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub