Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəyə başlayır.
“İki sahil” xəbər verir ki, Milli Mətbuat Gününün 150-illik yubileyinə həsr olunan layihənin məqsədi gənc jurnalistlərin mədəniyyət jurnalistikasına marağını artırmaq, bu istiqamətdə fəaliyyətlərini genişləndirmək və praktiki biliklər qazandırmaqdan ibarətdir. Layihə çərçivəsində uzunmüddətli və peşəkar fəaliyyətləri ilə seçilən, həmçinin mədəniyyət jurnalistikasının inkişafına töhfə verən jurnalistlərin iştirakı ilə seminarların keçirilməsi planlaşdırılır.
“Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı layihənin ilk seminarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə 2025-ci ilin 4 mart tarixində “Trend” Beynəlxalq İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin rəhbəri, “Tərəqqi” medalı ilə təltif edilən jurnalist Vüqar Imanovun iştirakı ilə həmin muzeydə təşkil olunacaq.
Vüqar İmanov sözügedən seminarda müasir texnologiyanın sahəyə gətirdiyi müsbət və mənfi cəhətlərdən, milli-mənəvi dəyərlərin təbliğində jurnalistikanın əhəmiyyətindən, mədəniyyət jurnalistikasının indiki vəziyyətindən söhbət açacaq.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub