Pakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
Hadisə ilə əlaqədar tibb müəssisələrində yüksək hazırlıq səviyyəsi elan edilib.
Qeyd olunub ki, bu, müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı olub. Darul Ulum Haqqaniyya mədrəsəsi ölkədə ən böyük İslam məktəblərindən biridir.
Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın əsas mövqelərinə zərbələr endirib
Dəməşqdə 10-cu Beynəlxalq Dini Araşdırmalar və Humanitar Simpozium təşkil olunub
KİV: ABŞ Rusiya ilə Ukraynada sülhün təmin olunması üzrə danışıqlar planı hazırlayır