Türkiyənin məşhur müğənnisi, milyonların sevimlisi Özcan Dəniz Bakıya gəlib.
“İki sahil” xəbər verir ki, konsert səbəbilə Bakıya dəvət olunan sənətçi bir az əvvəl Heydər Əliyev adına Hava Limanında təyyarədən enib və media nümayəndələrinin suallarını cavablandırıb.
Özcan Dəniz jurnalistlərə açıqlamasında səhhətinin yaxşı olduğunu deyib: “Özümü çox yaxşı hiss edirəm, heç bir problem yoxdur. Mən buraya məhz sevənlərim üçün gəlmişəm, axşam konsertdə görüşərik”.
Xatırladaq ki, Özcan Dənizin Bakı Konqres Mərkəzində keçiriləcək konsertinə biletlər, cəmi, 15 gün ərzində bitib.
Qeyd edək ki, konsertin təşkilatçısı Eyyub Hüseynzadənin təsis etdiyi “Anadolu Events” şirkətidir.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub