“Səhnə çox əcaib yerdir, 40 dərəcə hərarətlə səhnəyə çıxdığım günlər yadımdadır”.
“İki sahil” xəbər verir ki, bunu türkiyəli müğənni Özcan Dəniz Eyyub Hüseynzadə və təsisçisi olduğu “Anadolu Events”in təşkilatçılığı ilə Bakıda təşkil olunan konsert proqramı zamanı deyib.
“Səhnə həkimlərin sağaltmadığını sağaldır. Ürək infarktı keçirməmişəm, ürək spazması var. Çox yaxşıyam. Bakıya gəlməyi uzun zamandır gözləyirdik. Ürəyim bir yana, böyrəyimi də istəsəydilər, verərdim, bura gələrdim, yenə bu mahnıları oxuyardım”, - müğənni əlavə edib.
Tanınmış müğənni konsert zamanı repertuarından seçmə mahnılar səsləndirib.
O qeyd edib ki, oktyabrda “Anadolu Events”in dəvəti ilə Azərbaycanda növbəti dəfə konsert verəcək.
Xatırladaq ki, Özcan Dənizin Bakı Konqres Mərkəzində keçirilən konsertinə biletlər cəmi 15 gün ərzində bitib.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub