01 mart 2025 15:58
121

Qadın voleybolçular arasında Azərbaycan çempionatında XIV tura start verilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura start verilib.

“İki sahil” xəbər verir ki, açılış matçında "Gəncə" UNEC-lə üz-üzə gəlib.

Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə bitib - 3:0 (25:4, 25:15, 25:8).

Qeyd edək ki, XIV turun digər oyunları martın 4-də keçiriləcək.