Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulub.
“İki sahil” xəbər verir ki, günün sonuncu matçında "Şəki" "Lənkəran"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 81:75.
Qeyd edək ki, XV turun daha əvvəl baş tutan görüşlərində “Neftçi” “Abşeron”u 80:56, "Ordu" "Quba"nı 103:68, “Gəncə” “Sumqayıt”ı 90:81, “Sərhədçi” NTD-ni 84:83, "Naxçıvan" isə "Sabah"ı 85:82 hesabı ilə məğlub edib.