ABŞ Silahlı Qüvvələri (SQ) "Əl-Qaidə" beynəlxalq terror təşkilatı ilə əlaqəli olan "Hürrəs əd-Din" qruplaşmasının yüksəkrütbəli zabitinin məhv edildiyini elan edib.
“İki sahil” xəbər verir ki, ABŞ SQ-nin Mətbuat Xidməti "X" sosial şəbəkə hesabında bununla bağlı video paylaşıb.
Paylaşımda deyilir: "Fevralın 23-də ABŞ Mərkəzi Komandanlığının qüvvələri Suriyanın şimal-qərbinə dəqiq aviazərbələr endirərək Məhəmməd Yusif Ziya Talayanı məhv edib".