Suriyanın Hama vilayətində yerləşən məsciddə namaz qılan kütləyə qarşı silahlı hücum nəticəsində azı altı nəfər ölüb, 12 nəfər isə yaralanıb.
“İki sahil” “Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, hadisə Hayalin qəsəbəsində baş verib. Məscidin yanından motosikletlə keçən bir yaraqlı atəş açıb.
Polis cinayətkarın axtarışı üçün tədbirlər görüb, yaralılara tibbi yardım göstərilir.