HƏMAS hərəkatı Fələstin Azadlıq Təşkilatının (FAT) rəhbərlik etdiyi və ölkə daxilində seçkiləri əhatə edəcək siyasi prosesdə iştiraka hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə hərəkatın İdarə Heyətinin rəhbəri Məhəmməd Dərvişin Ərəb Liqasının üzvü olan ölkələrə hərəkatın rəsmi teleqram kanalında müraciətində bildirib.
“HƏMAS bütün fələstinlilərin maraqlarını təmsil etmək, ölkədə müxtəlif səviyyələrdə ümumi seçkilər keçirmək, demokratik həyatı bərpa etmək və xalqımıza öz rəhbərliyini seçmək imkanı vermək üçün hərtərəfli tərəfdaşlıq əsasında “Fələstin evi”nin və xüsusilə FƏT-in yekun formalaşdırılması arzusunu bir daha təsdiqləyib”, - mətndə qeyd olunub.