İtaliyanın Baş naziri Ciorcia Meloni Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.
Bildirilir ki, Londonda Böyük Britaniyanın ev sahibliyi etdiyi sammit çərçivəsində keçirilən görüşdə Ciorcia Meloni ölkəsinin Ukraynaya və xalqına dəstəyini bir daha bildirib.
Baş nazir İtaliyanın Avropa, Qərb tərəfdaşları və ABŞ ilə birlikdə Ukrayna üçün suverenlik, təhlükəsizlik və davamlı sülh yaratmaq öhdəliklərinə sadiqliyini ifadə edib.