03 mart 2025 03:14
150

Antonia Kosta Kişineuya rəsmi səfərə gəlir

Martın 3-də Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta Kişineuya rəsmi səfərə gəlir və burada Moldova Prezidenti Maya Sandu ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, Kosta, həmçinin Moldova parlamentinin sədri İqor Qrosu və baş nazir Dorin Reçen ilə görüşəcək.

Avropa İttifaqının Moldovadakı daimi nümayəndəliyindən verilən məlumata görə, Maya Sandu və Antonio Kosta günün birinci yarısında birgə mətbuat konfransı keçirəcəklər. Səfərin proqramına daha sonra Moldovanın vətəndaş cəmiyyəti nümayəndələri, gənclər və sahibkarlarla görüşlər daxildir.

“Bu səfər Moldovanın Avropa İttifaqına üzv olmaq üçün müraciətinin üçüncü ildönümünə təsadüf edir və Aİ-nin ölkənin Avropa kursuna dəstəyini təsdiqləyir”, deyə nümayəndəlikdən bildirilib.