02 mart 2025 01:20
169

Çexiyada saxlanılan qanunsuz miqrantların sayı il ərzində 90 % azalıb

Ötən il Çexiyada saxlanılan qanunsuz miqrantların sayı əvvəlki illə müqayisədə 90 % azalıb.

“İki sahil” xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ildə respublikada 420 qanunsuz qaçqın saxlanılıb. Onların əksəriyyəti Qərbi Avropa ölkələrindən tranzit keçmək niyyətində idi.

Qanunsuz qaçqınların ümumi sayının üçdə ikisini Suriya vətəndaşları təşkil edib.

Saxlanılanlar arasında Türkiyə, Əfqanıstan, Efiopiya və Monqolustan vətəndaşları da var. Agentlik qeyd edib ki, bir çoxları saxta sənədlərdən istifadə edib. 

Çexiya hakimiyyəti qaçqınların vətənlərinə qayıtmasına kömək üçün proqram həyata keçirir.