İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ, Avropa və müttəfiqlərini təcili zirvə toplantısı təşkil etməyə çağırıb.
“İki sahil” xəbər verir ki, Ciorcia Meloni ötən gün Ağ evdə ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü və baş verənlərdən sonra zirvə toplantısı keçirməyin vacibliyini qeyd edib.
“Qərbin hər bir parçalanması hamımızı zəiflədir və sivilizasiyamızın tənəzzülünü görmək istəyənlərin işinə yarayır. Son illərdə birlikdə müdafiə etdiyimiz Ukrayna başda olmaqla, bugünkü böyük çağırışları və gələcəkdə həll yollarını müzakirə etmək üçün ABŞ, Avropa dövlətləri və müttəfiqləri arasında təcili zirvə toplantısı təşkil etmək lazımdır”, - deyə Baş nazir qeyd edib.
Ciorcia Meloni ölkəsinin bu təklifi tərəfdaşları ilə müzakirə edəcəyini bildirib.