Suriyanın paytaxtı Dəməşqdə təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlıları ilə silahlı qruplaşma üzvləri arasında toqquşma olub.
“İki sahil” xəbər verir ki, bu barədə regional daxili işlər idarəsinin rəisi, polkovnik Husam əl-Tahan Suriya televiziyasına bildirib.
Məlumata görə, toqquşma polis patruluna hücumdan sonra baş verib. Hücum nəticəsində bir zabit öldürülüb, digəri isə əsir götürülüb.
Əl-Tahanın sözlərinə görə, silahlı dəstə paytaxtın kənarında gizlənən və vaxtaşırı silahlı hücumlar həyata keçirən keçmiş rejimin tərəfdarlarına məxsusdur. Hazırda onların saxlanılması ilə bağlı əməliyyat tədbirləri həyata keçirilir.