02 mart 2025 17:39
123

İranın İqtisadiyyat naziri vəzifəsindən azad edib

İranda iqtisadi problemlər qarşısında səmərəsiz olmaqda günahlandırılan iqtisadiyyat naziri Abdel Nasser Himmeti tutduğu vəzifədən azad edilib.

İki sahil” xəbər verir ki, İran parlamenti iqtisadiyyat naziri Himmetiyə qarşı etimadsızlıq təklifini təsdiqləyib.

Məlumata görə, Himmeti ilə bağlı təqdim edilən təklif açıq iclasda 6 saat davam edən müzakirədən sonra səsə qoyulub. 1 deputatın bitərəf qaldığı səsvermədə təklif, əleyhinə 89, lehinə 182 səslə qəbul edilib.

Bununla da Məclisdən kifayət qədər etimad səsi ala bilməyən Himmeti tutduğu vəzifədən azad edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”