Çanaqqalanın (Türkiyə) Gelibolu rayonunda Yunanıstandan İzmirə gedən sərnişin avtobusu qəza törədib.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, ilkin məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində baş verən qəzada 11 nəfər xəsarət alıb.
Avtobus hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxıb.
Yaralılar təcili tibbi yardımla xəstəxanalara aparılıblar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”