03 mart 2025 09:31
116

Terrorizmi təbliğ edən 2 qazaxıstanlı həbs edilib

Qazaxıstanın Türküstan vilayətinin iki sakini terrorizmi təbliğ etdikləri üçün 7 il müddətinə azadlıqdan məhrum edilib.

İki sahil” xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğu məlumat yayıb.

“Türküstan bölgəsində terrorizmin təbliği və ekstremist təşkilatın fəaliyyətində iştirak yolu ilə dövlət quruluşuna qarşı cinayət törətmiş vətəndaşlar mühakimə olunub. Terrorçuluğu təbliğ etməkdə təqsirli bilinən şəxslər 7 il müddətinə azadlıqdan məhrum ediliblər”, - məlumatda deyilir.

Əlavə ediblər ki, hökmlər qanuni qüvvəyə minib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”