03 mart 2025 08:46
111

Yük avtomobilinin qoşqusunda olan 5 ədəd “Toyota" yanıb

Siyəzən rayonunda (Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) "Mercedes" markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.