Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində bu ölkənin bir neçə aparıcı ali təhsil müəssisəsini ziyarət edib.
“İki sahil” xəbər verir ki, 27-28 fevral tarixlərində nümayəndə heyəti Türkiyənin İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal və Koç Universitetinin rektoru Metin Sitti ilə görüşüb.
Görüş çərçivəsində tərəflər universitetlərarası əməkdaşlıq perspektivlərini müzakirə edib. Həmçinin sözügedən universitetlərin maddi-texniki bazası və laboratoriyaları ilə tanışlıq olub.
Martın 1-də isə elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Gəbzə Texniki Universitetinin rektoru Hacı Ali Mantar və Yıldız Texniki Universitetinin rektoru Eyüp Debik ilə görüşüb. Tərəflər Türkiyə və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarını müzakirə edib.
Daha sonra nazir Emin Əmrullayev bu universitetlərin tədris şəraiti, maddi-texniki bazaları və laboratiyaları ilə yaxından tanış olub.