03 mart 2025 11:56
114

Rusiyada sinaqoqda və paytaxt metrosunda terror planlaşdıran şəxs öldürülüb

Rusiyada dini qruplaşmanın üzvü Moskva vilayətindəki dini yəhudi müəssisəsində və paytaxtın metro stansiyalarından birində partlayışlar törətməyi planlaşdırıb.

“İki sahil” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə FTX-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cinayətkar həbs edilərkən silahlı müqavimət göstərib və cavab atəşi ilə öldürülüb.

Məlumata görə, terror aktlarını hazırlayan şəxs əslən Mərkəzi Asiya ölkələrinin birindən olan Rusiya vətəndaşı olub. Hücumlara hazırlıq zamanı ərazidə kəşfiyyat aparıb və partlayıcı qurğunun hazırlanması üçün lazım olan komponentləri əldə edib. Daha sonra həmin şəxs Əfqanıstana getməyi planlaşdırıb.

Xüsusi təyinatlılar onun yaşadığı ünvana baxış zamanı odlu silahlar, partlayıcı qurğuların hazırlanması üçün komponentlər, kimyəvi maddələr və zərərverici elementlər aşkar ediblər. Faktla bağlı cinayət işi açılıb.