03 mart 2025 12:11
114

Üç il əvvəl bizi satdılar - Papuaşvili

Üç il əvvəl xarici qüvvələr, qeyri-hökumət təşkilatları (QHT) və müxalifət Gürcüstanı müharibəyə və dağıntılara sürükləmək istəyirdi.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədəki hesabında qeyd edib.

Onun sözlərinə görə, bu qüvvələr məsuliyyətsiz davranışları və xaricilərin təsiri altında hərəkət etmələri ilə ölkəni böyük risk qarşısında qoyublar: "Gürcüstanın bu təhlükədən xilas olmasında xalqın müdrikliyi və hakimiyyətin qətiyyəti mühüm rol oynayıb".

Ş.Papuaşvili belə qüvvələrin hakimiyyətə yaxın buraxılmasının yolverilməz olduğunu da söyləyib: “Üç il əvvəl bizi satdılar. Bunu unutmayaq”.