Yaponiyanın baş naziri Şiqeru İşiba ölkəsinin ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasındakı mübahisədə tərəf tutmaq planının olmadığını deyib.
“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Bizim hər iki tərəfi dəstəkləmək niyyətimiz yoxdur, lakin G7-nin birliyi hər şeydən önəmlidir və ABŞ müzakirədən çıxsa, həqiqətən də həll yolu tapılacaqmı?" - RİA Novosti onun sözlərindən sitat gətrib.
İşibanın fikrincə, Yaponiya hakimiyyəti G7-nin birliyini gücləndirməlidir. Bundan əvvəl Tramp Rusiyanın iştirakı ilə G8-in bərpasının tərəfdarı olduğunu bildirib.
Bu arada Almaniya G7 ölkələrinin Rusiya ilə beynəlxalq klub çərçivəsində əməkdaşlıq etməyəcəyini bəyan edib.