03 mart 2025 13:05
118

Hayfada terror hücumu nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Hayfada avtovağzalda baş verən hücumda bir nəfər ölüb.

“İki sahil” İsrail KİV-inə istinadla xəbər verir ki, bu barədə İsrail təcili yardım xidmətinin (MDA) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ölən şəxs 70 yaşlarında bir kişi olub. Üçü ağır vəziyyətdə olmaqla dörd yaralını xəstəxanaya göndəriblər.

“Kommersant”ın məlumatına görə, hücum edən şəxs zərərsizləşdirilib.