ABŞ dövlət katibi Marko Rubio ABC News-un “Bu həftə Corc Stefanopulosla” verilişində prezident Donald Trampın Ukrayna və Rusiya arasında sülh sazişi üzrə danışıqlara yanaşmasını şiddətlə müdafiə edib.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Onun sözlərinə görə, hər iki tərəf danışıqlar masası arxasına əyləşməyincə böhranı həll etmək mümkün deyil.
“Əgər o, demokrat olsaydı, hamı onun Nobel Sülh Mükafatına doğru getdiyini deyərdi. Bu, absurddur", - deyə, ABŞ dövlət katibi bildirib.
Marko Rubio daha əvvəl qeyd etmişdi ki, Rusiya ilə danışıqlar aparmaq asan olmayacaq.