03 mart 2025 14:42
137

Britaniya və Fransa Ukraynada atəşkəslə bağlı razılığa gəlməyiblər - "Bloomberg"

Fransa və Britaniya Ukraynada bir aylıq atəşkəslə bağlı məsələdə razılaşmayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Bloomberg" məlumat yayıb.

Britaniya rəsmilərindən biri atəşkəsin vaxtı ilə bağlı razılığın əldə olunmadığını bildirib.

Daha əvvəl "Financial Times" yazıb ki, London Fransa prezidenti Emmanuel Makronun Rusiya və Ukrayna arasında bir aylıq atəşkəs təklifinə soyuq yanaşır.

“Le Figaro”nun məlumatına görə, atəşkəs hava məkanında və sularda hərbi əməliyyatların dayandırılmasını, həmçinin enerji obyektlərinə hücumlardan imtinanı əhatə edir.