04 mart 2025 16:11
176

Serbiya parlamentində qarşıdurma - Zala fişəng atdılar / VİDEO

Serbiyada parlamentin iclası zamanı deputatlar arasında qarşıdurma yaşanıb.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, iclas zamanı müxalif deputatlar zalda fişəng yandırıb, eləcə də gözyaşardıcı qazdan istifadə ediblər. 

İnsident qanunverici orqanda ali təhsil və gənclər üçün mənzil kreditləri barədə qanuna düzəlişlərin müzakirəsi çərçivəsində qeydə alınıb. Müzakirələrdən əvvəl müxalif deputatlar dinləmələrdə iştirak etməyəcəklərini və etiraz aksiyası təşkil edəcəklərini bildiriblər. 

Qarşıdurma zamanı iki qadın xəsarət alıb. 

Onu da qeyd edək ki, buna paralel olaraq parlamentin binası önündə hökumətin istefasını tələb edən tələbələrin etiraz aksiyası keçirilib.