Xalq artisti Tünzalə Ağayeva Heydər Əliyev sarayında baş tutan konsert proqramında çıxış edib.
“İki sahil” xəbər verir ki, Mədəniyyət Nazirliyi və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitesinin birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik” ili çərçivəsində baş tutan tədbir 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunub.
Gecədə çıxış edən pop ulduz Tünzalə Ağayeva hər kəsi təəccübləndirib. Xalq artisti tək başına, heç bir müşayiət olmadan royalda əsər ifa edib. Sevilən müğənni dünyacaməşhur ulduz Uitni Xyustonun “I Have Nothing” mahnısı ilə müəllifi olduğu “Sənsiz” əsərini sintez edib.
Sözügedən çıxış tamaşaçılar tərəfindən böyük rəğbət və gür alqışlarla qarşılanılıb.
Xalq artisti tədbirlə bağlı bu sözləri dilə gətirib: “Bu səhnə hər bir sənət adamı üçün çox doğmadır. Sevinc, xoşbəxtlik hisslərinin bol olduğu bir yerdir. Bu gün qadınlar, analar mövzusu ən öndəgedən mövzudur. Əziz Azərbaycan qadını, dünyaya igidlər gətirən analar. O, igidlər ki, bizə əbədi zəfər bəxş etdilər. O analarımız hər zaman zirvədədir. Azərbaycan qadını, anası ən zirvədə olan xanımdır. Nə qədər alqışlasanız, minnətdar olsaq azdır. Eşq olsun Azərbaycan xanımına. İgidlərimizi dünyaya gətirən əziz analarımız qarşınızda baş əyirik”.
Səhnədə füsunkar görünən ulduz geyimində qara tonlardan istifadə edib. Onun bütöv obrazı üzərində Rusiyada, Orta Asiyada, Qafqazda tanınan həmyerlimiz, dizayner Orxan Sultan hazırlayıb.
Konsertdən olan görüntüləri təqdim edirik:
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub