Avrokuboklarda 1/8 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
“İki sahil” xəbər verir ki, siyahıda müəyyən dəyişikliklər olub ki, bu da Azərbaycanın mövqeyinə təsir edib.
Sloveniya 2 pillə irəliləyərək 27-ci yerə yüksəlib və Bolqarıstanla Azərbaycanı geridə qoyub.
UEFA-nın saytında açıqlanan reytinqdə Azərbaycan 1 pillə geriləyərək 29-cu pilləyə düşüb. Hazırda ölkəmizin 19,625, ondan 1 pillə öndə olan Bolqarıstanın isə 19.875 xalı var.
Azərbaycan bu mövsüm 2,875 xal qazanıb.
Qeyd edək ki, reytinq cədvəlinə 107.910 xalla İngiltərə başçılıq edir.