09 mart 2025 02:15
146

"Barselona"nın oyunu təxirə salındı

La Liqanın 27-ci turu çərçivəsində bu gecə keçirilməli olan "Barselona" - "Osasuna" oyunu təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Görüşün təxirə salınmasına səbəb "Barselona"nın həkimi Karles Minyaro Qarsiyanın vəfat etməsidir. 

Oyunun nə vaxt keçiriləcəyi barədə məlumat isə qeyd olunmayıb.

Əlavə edək ki, "Barselona" hazırda turnir cədvəlində 57 xalla (26 matç) 1-ci, "Osasuna" isə 33 xalla 11-cidir (26 oyuna).