08 mart 2025 21:00
156

"Qarabağ" "Araz-Naxçıvan"a qalib gəldi

Bu gün Misli Premyer Liqasının 26-cı turunda “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 35-ci dəqiqəsində Felipe Santos hesabı açıb. 44-cü dəqiqədə isə Nəriman Axundzadə qarabağlıların bərabərlik qolunun müəllifi olub.

75-ci dəqiqədə Leandro Andrade Ağdam təmsilçisini hesabda önə çıxaran qolu vurduqdan sonra – 82-ci dəqiqədə Felipe Santos qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Müsabiqədə sonuncu qolu “Qarabağ”ın futbolçusu Emmanuel Addai 90+6-cı dəqiqədə vurub – 1-3.

Misli Premyer Liqası,

26-cı tur

8 mart

19:00. “Araz-Naxçıvan” 1-3 “Qarabağ”

Qollar: Felipe Santos, 35 (1-0), Nəriman Axundzadə, 44 (1-1), Leandro Andrade, 75 (1-2), Emmanuel Addai, 90+6 (1-3)

Qırmızı vərəqə: Felipe Santos, 82 ("Araz-Naxçıvan")

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

"Liv Bona Dea Arena"