Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şəki şəhəri və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşlarının peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi, rəqəmsal resurslardan istifadə və oxuculara xidmət sahəsində yeni metodoloji yanaşmalarla tanış olmalarını təmin etmək məqsədilə 2025-ci ilin 6 mart tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzində təlim keçirilib.
“İki sahil” xəbər verir ki, təlimdən öncə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emil Bədəlov çıxış edərək təlimin kitabxana əməkdaşlarının təkmilləşməsi üçün əhəmiyyətinə diqqət çəkiblər.
Daha sonra Azərbaycan Milli Kitabxanasının direktor müavini, Tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova və Milli Kitabxananın şöbə müdiri Sevinc Əfəndiyeva “Müasir kitabxanalarda elektron – informasiya xidmətinin təşkili” və “KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi” mövzularında məruzə və təqdimatla çıxış ediblər. Təlimdə Şəki ilə yanaşı Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakəndən olan kitabxana əməkdaşları iştirak ediblər.
Sonda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində Milli Kitabxananın nəşrlərinin təqdimatı keçirilib və kitablar yerli kitabxanalara hədiyyə edilib.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub