Netflix “Drive to Survive” serialının 7-ci mövsümünü təqdim edib.
Bakı Şəhər Halqasından “İki sahil”ə verilən məlumata görə, Azərbaycan mədəniyyəti növbəti dəfə qlobal yayım platformasında yer alıb.
Dramatik anlar, pərdəarxası rəqabətlər və yüksək adrenalin yaşadan “Drive to Survive” təkcə avtoidmandan bəhs edən sənədli film deyil, Formula 1 dünyasının ən nüfuzlu komanda və pilotlarının həyəcan dolu həyatına səyahətdir. İlk dəfə olaraq serial trekdən kənara çıxaraq paytaxtımızın füsunkar mənzərələrini, rəngarəng mədəni irsimizdən görüntüləri yayımlayır.
Bu mövsümdə 2024 Formula 1 mövsümünün gərgin mübarizələri, Maks Verstappenin çempionluq uğrunda əzmkarlığı, "Red Bull"un üstünlüyü və komandalar arasındakı gərgin rəqabət tamaşaçılara təqdim olunur. Hər mövsümdə olduğu kimi, bu dəfə də serial trekdə və trekdən kənarda baş verən hadisələri, sürpriz transferləri və dramatik məqamları tamaşaçılara çatdırır.
“Drive to Survive” serialı ənənəsinə sadiq qalmaqla yeni mövsümün başlanğıcında, azarkeşlərin intizarını bir az da yüksəldərək, 14-16 mart tarixlərində baş tutacaq Avstraliya Qran-Prisindən əvvəl ekranlara gəlir.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub