08 mart 2025 23:57
160

Qaxda 53 yaşlı piyadanı maşın vurub

Qaxda piyadanı avtomobil vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 53 yaşlı Bakı şəhər sakini Natiq Həsənovu vurub.

N.Həsənov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.