Papa Fransiskin vəziyyəti getdikcə yaxşılaşır.
“İki sahil” xəbər verir ki, Müqəddəs Taxt-Tacın mətbuat xidməti pontifikin klinik vəziyyətinin stabil qaldığını və müalicəyə müsbət reaksiya verdiyini bildirib.
Məlumata görə, papanın səhhətində tədricən, cüzi yaxşılaşma qeydə alınıb və qan analizlərinin nəticələri də yaxşıdır. Bununla belə, həkimlər hələ də dəqiq proqnoz verməkdən çəkinirlər.