09 mart 2025 01:54
150

Çində 2026-cı ildə uçan avtomobillərin kütləvi istehsalına başlanacaq

Gələn il Çində uçan avtomobillərin kütləvi istehsalına start veriləcək.

“İki sahil” “Sinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə “XPeng Motors” şirkətinin İdarə Heyətinin sədri, Çin Xalq Nümayəndələri Yığıncağının (ÇXNY) 14-cü çağırış deputatı Xe Syaopen məlumat yayıb.

“Kütləvi istehsal 2026-cı ildə başlayacaq”, – o bildirib.

İlkin mərhələdə “Land Aircraft Carrier” (LAC) avtomobili üçün uçan modul hazırlanacaq. Hər il 10 min ədəd belə qurğunun istehsalı planlaşdırılır. LAC 12 və 17 noyabr tarixlərində Çjuxayda keçiriləcək “Airshow China” aviasalonunda təqdim ediləcək və ilk uçuşunu həyata keçirəcək.