09 mart 2025 16:08
127

ABL: "Gəncə" liderliyini davam etdirir

"Gəncə" Azərbaycan Basketbol Liqasında liderliyini davam etdirir.

“İki sahil” xəbər verir ki, B qrupunda yer alan Gəncə təmsilçisi XVII turda "Lənkəran"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 90:76.

Xallarının sayını 30-a çatdıran "Gəncə" birinci pillədə qərarlaşıb. "Lənkəran" 20 xalla sonuncu - altıncı sıradadır.

Saat 19:00-da star götürəcək digər matçda "Ordu" "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabı ilə məğlub edib.