09 mart 2025 18:00
123

Tanınmış futbolçu milli komandasını dəyişir

“Marsel”in və İngiltərə millisinin hücumçusu Meyson Qrinvud milli komandasını dəyişəcək.

“İki sahil” "Euro Football"a istinadən xəbər verir ki, o, anasının vətəni Yamaykanın millisində oynamaq niyyətindədir.

Bununla bağlı müvafiq sorğu artıq Yamayka Futbol Federasiyasına təqdim olunub. Qarşı tərəf isə çətin ki, belə perspektivli futbolçunu əldən versin. 

Qeyd edək ki, sevgilisini zorlamaqda. ona şiddət göstərməkdə şübhəli bilinən 23 yaşlı hücumçu 2022-ci ilin ilin yanvarından oktyabrına qədər həbsdə olmuşdu. Bundan sonra İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Qrinvudu milliyə dəvət etməyib.