10 mart 2025 13:54
94

Azərbaycanda kişilərin 92,7 faizi və qadınların 85,4 faizi internetdən istifadə edir

Bu gün dünyada kişilərin 70 faizi internet şəbəkəsinə çıxış əldə edir, qadınlar arasında isə bu göstərici 65 faizdir. Azərbaycanda bu baxımdan vəziyyət daha yaxşıdır. Belə ki, Azərbaycanda kişilərin 92,7 faizi və qadınların 85,4 faizi internetdən istifadə edir.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional direktoru Natalia Mochu “Rəqəmsallaşmada yeni mərhələ” tədbirinin panel sessiyasında çıxışı zamanı deyib.

“Ötən il dünyada şəhər əhalisinin 83 faizi internetdən istifadə etsə də, kənd yerlərində bu göstərici 50 faizdən az olub. Azərbaycanda şəhər əhalisinin 94,6 faizinin internetə çıxışı olduğu halda, kənd yerlərində bu göstərici 82,1 faizdir. Bu isə dünya səviyyəsindən xeyli yüksək göstəricidir”, - deyə BTİ-nin direktoru Natalia Mochu vurğulayıb.