“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Z.Quliyev qeyd edib ki, sahur üçün süd, qatıq, pendir, yumurta, çiy tərəvəz və meyvələrdən ibarət yüngül səhər yeməyi və ya şorba, zeytunyağlı yeməklər, qatıq və salatdan ibarət yemək seçə bilərsiniz: “Gün ərzində aclıq hissini gecikdirmək üçün mədənin boşalma müddətini uzadan lobya, noxud, mərcimək, bulqur plov kimi lifli kompleks karbohidrat qaynaqlarını istehlak etmək məqsədəuyğun olardı. Həddindən artıq yağlı, duzlu, ağır yeməklərdən və xəmirlərdən uzaq durmaq lazımdır.”
Mütəxəssis-ekspert bildirib ki, həzm problemlərinin qarşısını almaq üçün kifayət qədər çeynəmək və çox tez yeməmək vacibdir: “Adət olduğu kimi zeytun və ya xurma, su ilə iftar etdikdən sonra, yeməyə bir az şorba və salatla başlanıla bilər. Daha sonra ət-tərəvəz yeməyi, yağsız və ağır olmayan ət yeməyi, bir az zeytun yağı ilə tərəvəz yeməyi, 1-2 dilim çörək, az miqdarda düyü, makaron istehlak edə bilərsiniz. İftar və sahur arasında meyvə, quru meyvə, qoz-fındıq, süd, qatıq, hər gün deyil, kiçik hissələrdə meyvəli desertlər və südlü desertlər istehlak edə bilərsiniz.”