10 mart 2025 19:53
109

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesində iştirak edir

Ermənistan Türkiyə ilə dialoqu davam etdirir və lazım olan bütün əməli addımları atır.

“İki sahil” Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistan Dünya İşləri Şurasında (ICWA) bildirib.

“Əminik ki, tam həll, xüsusən diplomatik münasibətlərin qurulması və sərhədlərin açıldığı bu dövrdə regional sülh və sabitliyə mühüm töhfə verəcək. Biz bu dialoqu davam etdiririk və əməli addımlar atmışıq. Biz həmçinin iki ölkənin sərhədində yerləşən Ani körpüsünü birgə bərpa etmək barədə razılığa gəlmişik. Bu, birbaşa hava nəqliyyatının qurulması və hava nəqliyyatı ilə yük daşınması ilə bağlı artıq qəbul edilmiş qərarları tamamlayır. Biz eyni zamanda diplomatik pasportları olan şəxslər və üçüncü ölkələrin vətəndaşları üçün sərhədin açılaması barədə razılaşmışıq”, - Mirzoyan deyib.

Onun sözlərinə görə, bu razılaşmaların həyata keçirilməsi təkcə Ermənistan və Türkiyənin deyil, bütün regionun xeyrinə olacaq, çünki nəqliyyat yollarının bərpa edilməsi regional sülh və sabitlik üçün həlledici amilə çevriləcək.