Meksikanın Oaxaka ştatında sərnişin avtobusunun aşması nəticəsində 18 nəfər ölüb, 29 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, ştat qubernatoru Salomon Jara mətbuata açıqlamasında paytaxt Mexikodan hərəkət edən sərnişin avtobusunun Mitla-Tehuantepek avtomobil yolunda aşdığını söyləyib.
Qəzada 18 nəfərin həlak olduğu, 2-si ağır olmaqla 29 nəfərin yaralandığını qeyd edən Jara, yaralıların xəstəxanaya aparıldığını bildirib. O, qəzanın səbəblərinin araşdırılacağını bildirib.
Yerli medianın məlumatına görə, qəzada ölənlər hakim Milli Yeniləşmə Hərəkatı (MORENA) partiyasının tərəfdarları olub və bazar günü Mexikoda prezident Klaudiya Şeynbaumun təşkil etdiyi mitinqdə iştirak ediblər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”