Moskvada Vnukovo və Şeremetyevo hava limanlarında uçuş təhlükəsizliyini təmin etmək üçün təyyarələrin qəbulu və yola salınması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
"Moskvanın Vnukovo hava limanında təyyarələrin qəbulu və yola salınması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda bildirilib.
“Rosaviasiya” Domodedovo hava limanında artıq məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumat yayıb.
Daha əvvəl paytaxt meri Sergey Sobyanin rəsmi teleqram kanalında bildirib ki, Moskvaya yaxınlaşarkən vurulmuş pilotsuz uçuş aparatlarının sayı 69-a çatıb.
Bundan əlavə, bildirilir ki, Domodedovo rayonunda "Miratorg" müəssisəsinin dayanacağının mühafizəçisi PUA hücumu zamanı həlak olub. Dayanacaqdakı avtomobillər yanıb.