11 mart 2025 10:43
135

Qazaxıstanda zəlzələ qeydə alınıb

“Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin NNCSNiI SC-nin seysmik stansiyalar şəbəkəsi 2025-ci il martın 11-də Astana vaxtı ilə saat 01:26-da zəlzələ qeydə alıb”.

İki sahil” Kazinform-a istinadla xəbər verir ki, bu barədə KazTAG məlumat yayıb.

Qeyd edilib ki, zəlzələnin ocağı Qazaxıstan və Çin sərhəddində yerləşir.

Məlumata görə, Jetysu bölgəsində, Panfilovski rayonunda, Jarkent şəhərində iki bal gücündə hiss edilib.

Bildirilir ki, tələfat və dağıntılar barədə məlumat yoxdur.

Eyni zamanda qeyd olunur ki, Kazselezaşçita Dövlət Fövqəladə Hallar Universitetinin mütəxəssisləri çay məcralarında, hidrotexniki qurğularda, sürüşmə və sel təhlükəsi olan ərazilərdə monitorinqlər aparıblar.

Mümkün zərərin olub-olmamasını yoxlamaq üçün həyati təminat obyektlərinə də vizual baxış keçirilib: “Yoxlamanın nəticələrinə əsasən, hazırda heç bir zədə aşkar edilməyib, qeyd olunan obyektlər normal işləyir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”